Səudiyyə Ərəbistanı Krallığı
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli münasibətlər
Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanımışdır. 1992-ci il fevral ayının 24-də iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.
20-21 may 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşdur.
2019-cu ilin 15 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev VII Qlobal Forumda iştirak edən Kral Feysal Araşdırma və İslam Tədqiqatları Mərkəzinin sədri şahzadə Turki Əl Feysalı qəbul etmişdir.
4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronovirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşündə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri şahzadə Feysəl bin Farhan Əl-Saud iştirak etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Yıldırım Fatma Vidadi qızıdır.
Səudiyyə Ərəbistanı Krallığı Məşvərət Şurasında Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsi fəaliyyət göstərir. Komitənin sədri Fayiz bin Abdullah Əl-Şəhridir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 22 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan ilə SƏK arasında ticarət dövriyyəsi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2016 |
12.640.67 |
539.53 |
12.101.14 |
2017 |
17.675.97 |
1.278.74 |
16.397.23 |
2018 |
19.031.52 |
861.23 |
18.170.29 |
2019 |
13.758,25 |
1.803,41 |
11.954,84 |
2020 |
13 497.17 |
1789.35 |
11 707.82 |
Azərbaycandan ixrac olunan məhsullar: Reaktiv mühərriklər üçün kerosin yanacağı və digər məqsədlər üçün qazoyllar, rəqəmli hesablama maşınları və metaldan hazırlanmış mebellər.
Səudiyyə Ərəbistanından idxal olunan məhsullar: Polietilen, kalsium karbonat, azot, titan dioksid əsasında hazırlanan preparatlar, digər kimyəvi maddələr və xurma.
25 aprel 2000-ci il. Tarixində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılmışdır.