Laos Xalq Demokratik Respublikası
Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 1995-ci ilin 22 may tarixində qurulmuşdur.
Azərbaycan Respublikasının Laos Xalq Demokratik Respublikasındakı Səfirliyi 2014-cü ildən fəaliyyət göstərir (iqamətgahı Vyetnamın paytaxtı Hanoy şəhərində olmaqla).
2017-ci ilin 18-20 iyun tarixlərində Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
2017-ci ilin 15-16 sentyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfər etmişdir.
2018-ci ilin 5-6 aprel tarixlərində Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit Azərbaycan Respublikasına işçi səfər etmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında 3 sənəd imzalanmışdır.
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Laos Xalq Demokratik Respublikasındakı Səfirliyinin ünvanı:
6A Le Hong Phong street, Ba Dinh district, Hanoi city, Vietnam
Səfirliyin internet səhifəsi: www.hanoi.mfa.gov.az
Səfirlik ilə əlaqə nömrəsi: +84247379011