Tailand Krallığı
Azərbaycan Respublikası və Tailand Krallığı arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Tailand Krallığı arasında diplomatik münasibətlər 1992-ci ilin 7 iyul tarixində qurulmuşdur.
Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyi 2017-ci ildən fəaliyyət göstərir (iqamətgahı Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində olmaqla).
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Ramin Məmmədovdur.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Tailand Krallığı arasında 1 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan ilə Tailand arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi
(min ABŞ dolları)
İllər |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2016 |
126,555.70 |
101,118.37 |
25,437.33 |
2017 |
134,601.28 |
109,405.90 |
29,195.38 |
2018 |
184,184.71 |
142,054.01 |
42,130.70 |
2019 |
408,318.48 |
359,698.09 |
48,620.39 |
2020 |
171.000.00 |
130,000.00 |
41,000.00 |
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin ünvanı:
Lot 589, Jalan 6, Taman Ampang Utama, Ampang, 68000, Selangor Darul Ehsan, Malaysia
Səfirliyin internet səhifəsi: www.kualalumpur.mfa.gov.az
Səfirlik ilə əlaqə nömrəsi: +60342526700