Maldiv Respublikası
Azərbaycan Respublikası ilə Maldiv Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Maldiv Respublikası arasında diplomatik əlaqələr 20 dekabr 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyi eyni zamanda Maldiv Respublikasında akkreditə olunmuşdur. Maldiv Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir.
25-26 oktyabr 2019-cu ildə Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı çərçivəsində Maldiv Respublikasının Xarici İşlər naziri Abdulla Şahid Azərbaycana səfər etmişdir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 1 sənəd imzalanmışdır.
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyinin ünvanı:
41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 India
Səfirliyin internet səhifəsi: http://newdelhi.mfa.gov.az
TEL: +911126152228
FAX: +911126152227