Waving Flag of South Korea (Animated Gif)

Koreya Respublikası

 

Azərbaycan Respublikası və Koreya Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası və Koreya Respublikası arasında diplomatik münasibətlər 23 mart 1992-ci il tarixində qurulmuşdur. Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 4 mart 2006-cı ildə təsis edilmişdir. Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi 14 mart 2007-ci ildə təsis edilmişdir.

 

İki ölkə arasındakı münasibətlər səfirliklərin təsis edilməsi və 2006, 2007-ci illərdə hər iki ölkə başçılarının qarşılıqlı səfərləri ilə daha da güclənmiş, əməkdaşlıq üçün yeni imkanlar açılmış, habelə iqtisadi və ticarət əlaqələrin genişlənməsi, sərmayələrin cəlb olunması təşviq edilmişdir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Koreya Respublikasının Prezidenti cənab Roh Mu-hyu 2006-ci ilin 10-12 may tarixlərində Azərbaycan Respublikasına rəsmi səfər etmişdir;

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci ilin 23-25 aprel tarixlərində Koreya Respublikasına rəsmi səfər etmişdir;

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ilin 25-27 mart tarixlərində Seul Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə Koreya Respublikasına işgüzar səfər etmişdir.

 

Hökumət başçılarının qarşılıqlı səfərləri

- Koreya Respublikasının Baş naziri cənab Han Seunq-su 2008-ci ilin 18-20 may tarixlərində Azərbaycan Respublikasına rəsmi səfər etmişdir;

- Koreya Respublikasının Baş naziri cənab Çunq Honq-von 2014-cü ilin 26-28 moyabr tarixlərində Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov 2005-ci ilin 29-30 oktyabr tarixlərində Koreya Respublikasına rəsmi səfər etmişdir;

- Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov 2010-cu ilin 14-15 dekabr tarixlərində Koreya Respublikasına rəsmi səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

İki ölkə Parlamentlərində parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Azərbaycan Respublikasının Milli Məclisində parlamentlərarası dostluq qrupunun rəhbəri Malik Əvəz oğlu Həsənovdur. Koreya Respublikasının Milli Assambleyasında parlamentlərarası dostluq qrupunun rəhbəri So Byonq-sudur.

 

- Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov 2007-ci ilin 4-6 sentyabr tarixlərində Koreya Respublikasına rəsmi səfər etmişdir;

- Koreya Respublikasının Milli Assambleyasının sədri Park Hi-te 2012-ci ilin 12 yanvar tarixində Azərbaycan Respublikasına rəsmi səfər etmişdir;

- Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov 2017-ci ilin 24-28 iyun tarixlərində Koreya Respublikasına rəsmi səfər etmişdir;

- Koreya Respublikasının Milli Assambleyasının sədri Mun Hi-sanq 2019-ci ilin 15-17 oktyabr tarixlərində Azərbaycan Respublikasına rəsmi səfər etmişdir;

- Koreya Respublikasının Milli Assambleyasının sədri Park Byonq Soq 2021-ci ilin 18-20 oktyabr tarixlərində Azərbaycan Respublikasına rəsmi səfər etmişdir;

- Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova 2023-cü ilin 31 oktyabr-2 noyabr tarixlərində Koreya Respublikasına rəsmi səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 74 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Koreyanın Cənubi Qafqazda ən böyük iqtisadi-ticarət tərəfdaşı Azərbaycandır. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və Koreya Ticarət İnvestisiya Agentliyinin (KOTRA)  ofisləri Azərbaycanda fəaliyyət göstərməkdədir. Bundan əlavə, Azərbaycan Hökuməti və Koreya Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya fəaliyyət göstərməkdədir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

159 471.84

137.88

159 333.96

2020  

186 837.69

82.58

178 579.69

2021

311 383.62

83.81

227 573.62

2022

269 150.06

295.35

268 854.71

2023 (yanvar-oktyabr)

358 360.88

463.27

357 897.61

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi

Ünvan: 63 Itaewon-ro 45-gil, Hannamdong, Yongsan-gu, Seul, Cənubi Koreya

Rəsmi internet səhifəsi: www.seoul.mfa.gov.az

Tel: +82 2-797-1765

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti