Waving Flag of Mongolia (Animated Gif)

Monqolustan

 

İkitərəfli münasibətlər haqqında

 

Azərbaycan Respublikası ilə Monqolustan arasında diplomatik əlaqələr 16 aprel 1992-ci ildə qurulub.

 

Azərbaycan Respublikasının Monqolustanda Fövqəladə və Səlahiyyətli Səfiri (iqamətgahı Seulda) Ramin Həsənov 18 avqust 2023-cü ildə etimadnaməsini Monqolustan Prezidentinə təqdim edib.

 

Monqolustanın Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (iqamətgahı Türkiyədə) xanım Oçir Lxaqvasurendir.

 

Prezidentlərin səfərləri

 

Monqolustan Prezidentlərinin Azərbaycan Respublikasına səfərləri

 

Dövlət başçısı

Səfərin mahiyyəti

Tarix

Xaltmaaqiyn Battulqa

İşgüzar səfər (Cüdo üzrə Dünya Çempionatında iştirak)

28 sentyabr 2018-ci il

Uxnaaqiyn Xürelsüx

İşgüzar səfər (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak)

 

11–14 noyabr 2024-cü il

Xarici işlər nazirlərinin səfərləri

 

Monqolustan Xarici İşlər Nazirlərinin Azərbaycan Respublikasına səfərləri

 

Nazir

Səfərin mahiyyəti

Tarix

Luvsanvandan Bold

İşgüzar səfər (Dünya İqtisadi Forumunun tədbirində iştirak)

aprel 2013-cü il

Damdin Tsoqtbaatar

İşgüzar səfər (ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun konfransında iştirak)

 

11–12 mart 2018-ci il

Parlamentlərarası əlaqələr

 

İki ölkənin parlamentlərində parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir.

 

Dostluq qrupları

 

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–Monqolustan parlamentlərarası dostluq qrupunun rəhbəri Zahid Orucdur.

 

Monqolustanın Dövlət Böyük Xuralında Monqolustan–Azərbaycan parlamentlərarası dostluq qrupuna Daşdemberel Bat-Erdene rəhbərlik edir.

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan Respublikası ilə Monqolustan arasında müqavilə-hüquq bazası 4 sənəddən ibarətdir.

 

İqtisadi sahədə əməkdaşlıq

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

 

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2024

171,06

149,61

21,45

2025

323,03

282,88

40,15

2026 (yanvar–iyul)

826,69

101,85

724,84

 

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin ünvanı və əlaqə məlumatları

 

Ünvan: 63 Itaewon-ro 45-gil, Yongsan-gu, Seoul 04348, Republic of Korea
Telefon: (+82 2) 797 1765; (+82 2) 797 1766
Faks: (+82 2) 797 1767
Elektron poçt: seoul@mission.mfa.gov.az; consul_seoul@mission.mfa.gov.az (konsulluq şöbəsi)
Rəsmi internet səhifəsi: www.seoul.mfa.gov.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti