Şri Lanka Demokratik Sosialist Respublikası
Azərbaycan Respublikası və Şri Lanka Demokratik Sosialist Respublikası arasında münasibətlər
Şri Lanka Demokratik Sosialist Respublikası 12 fevral 1992-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. Azərbaycan Respublikası ilə Şri Lanka Demokratik Sosialist Respublikası arasında diplomatik əlaqələr 4 avqust 1992-ci ildə qurulmuşdur.
23 oktyabr 2019-cu ildə Şri Lankanın xarici işlər naziri Tilak Marapana Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Şri Lanka arasında 2 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası ilə Şri Lanka arasındakı ticarət dövriyyəsi
(min ABŞ dolları)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2017 |
51.1
|
- |
51.1
|
mənfi 51.1
|
2018 |
46.8 |
- |
46.8 |
mənfi 46.8 |
2019 |
52.6 |
5.91 |
58.51 |
mənfi 46.7 |
2020 |
50720.2 |
0.00 |
50720.2 |
mənfi 50720.2 |
Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyin ünvanı: 41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 India
Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyin rəsmi internet səhifəsi: www.newdelhi.mfa.gov.az