
Timor-Leste Demokratik Respublikası
İkitərəfli münasibətlər haqqında
Azərbaycan Respublikası ilə Timor-Leste Demokratik Respublikası arasında diplomatik əlaqələr 5 aprel 2004-cü ildə qurulub. 2024-cü ildə diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta arasında təbrik məktubları mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2025-ci il tarixli 864 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ramil Rzayev eyni zamanda Azərbaycan Respublikasının Timor-Leste Demokratik Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (iqamətgahı Cakartada) təyin edilib. Səfir 2 mart 2026-cı ildə etimadnaməsini Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Hortaya təqdim edib.
Timor-Leste Demokratik Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri yoxdur.
Prezidentlərin səfərləri
Timor-Leste Demokratik Respublikası Prezidentinin Azərbaycan Respublikasına səfərləri
|
Dövlət başçısı |
Səfərin mahiyyəti |
Tarix |
|
Jose Ramos-Horta |
İşgüzar səfər (X Bakı Qlobal Forumunda iştirak) |
9–11 mart 2023-cü il |
|
Jose Ramos-Horta |
İşgüzar səfər (XIII Bakı Qlobal Forumunda iştirak)
|
11–13 mart 2026-cı il |
Hər iki səfər çərçivəsində Jose Ramos-Hortanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşü keçirilib.
Parlamentlərarası əlaqələr
Hazırda Azərbaycan Respublikası və Timor-Leste Demokratik Respublikasının parlamentlərində parlamentlərarası əlaqələr üzrə dostluq və ya işçi qrupları mövcud deyil.
Müqavilə-hüquq bazası
Hazırda Azərbaycan Respublikası ilə Timor-Leste Demokratik Respublikası arasında müqavilə-hüquq bazası mövcud deyil.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, son illərdə iki ölkə arasında ticarət dövriyyəsi qeydə alınmayıb.
Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin ünvanı və əlaqə məlumatları
Ünvan: Jl. Karang Asem Tengah Blok C-5 No. 20, Kuningan Timur, Jakarta Selatan 12950, Indonesia
Telefon: (+62 21) 2555 4408
Elektron poçt: jakarta@mission.mfa.gov.az