
Çin Xalq Respublikası
İkitərəfli münasibətlər haqqında
Çin Xalq Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımış, iki ölkə arasında diplomatik əlaqələr isə 2 aprel 1992-ci ildə qurulmuşdur.
1992-ci ilin avqust ayında Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 3 sentyabr 1993-cü ildə isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2023-cü il tarixli Sərəncamı ilə Bünyad Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey 17 aprel 2025-ci ildə etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir.
Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə daha da genişləndirilməsində maraqlıdır.
İki ölkənin dövlət başçıları səviyyəsində təşəkkül tapmış, qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə müşahidə olunan hazırkı yüksək inkişaf dinamikasının əsasını təşkil edir.
İki ölkə arasında mövcud fəal siyasi dialoq nəticəsində energetika, ticarət-iqtisadi, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə mühüm nailiyyətlər əldə olunmaqdadır.
2013-cü ildə Çin Xalq Respublikası tərəfindən irəli sürülmüş “Bir Kəmər, Bir Yol” təşəbbüsü ikitərəfli münasibətlərimizin dərinləşməsi üçün yeni imkanlar yaratmışdır. “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olan Azərbaycan həyata keçirdiyi irimiqyaslı nəqliyyat-infrastruktur layihələri ilə bu təşəbbüsün reallaşdırılmasına mühüm töhfə verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22–24 aprel 2025-ci il tarixlərində Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanmışdır.
Diplomatik nümayəndəliklərin rəhbərləri barədə məlumat
Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2023-cü il tarixli Sərəncamı ilə Bünyad Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey 17 aprel 2025-ci ildə etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.
|
Dövlət başçısı |
Səfərin xarakteri |
Tarix |
|
Heydər Əliyev |
Rəsmi səfər |
7–10 mart 1994-cü il |
|
İlham Əliyev |
Rəsmi səfər |
17–19 mart 2005-ci il |
|
İlham Əliyev |
XXIX Yay Olimpiya Oyunlarının Pekində keçirilən açılış mərasimində iştirak |
8 avqust 2008-ci il |
|
İlham Əliyev |
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) IV Zirvə toplantısında iştirak |
20–21 may 2014-cü il |
|
İlham Əliyev |
Dövlət səfəri |
8–11 dekabr 2015-ci il |
|
İlham Əliyev |
Beynəlxalq Əməkdaşlıq üzrə II “Bir Kəmər, Bir Yol” Forumunda iştirak |
24–27 aprel 2019-cu il |
|
İlham Əliyev |
Dövlət səfəri |
22–24 aprel 2025-ci il |
|
İlham Əliyev |
“ŞƏT Plyus” formatında Zirvə toplantısında, həmçinin Çin xalqının Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində və Dünya Antifaşist Müharibəsində Qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirlərdə və hərbi paradda iştirak |
30 avqust – 3 sentyabr 2025-ci il |
Xarici işlər nazirlərinin səfərləri
Azərbaycan Respublikası Xarici İşlər Nazirlərinin Çin Xalq Respublikasına səfərləri
|
Nazir |
Tarix |
|
Həsən Həsənov |
yanvar 1994-cü il |
|
Vilayət Quliyev |
oktyabr 2000-ci il |
|
Elmar Məmmədyarov |
fevral 2005-ci il |
|
Elmar Məmmədyarov |
30 iyun – 2 iyul 2014-cü il |
|
Elmar Məmmədyarov |
14 mart 2016-cı il |
|
Elmar Məmmədyarov |
17–21 sentyabr 2018-ci il |
|
Ceyhun Bayramov |
27–28 yanvar 2026-cı il
|
Çin Xalq Respublikası Xarici İşlər Nazirlərinin Azərbaycan Respublikasına səfərləri
|
Nazir |
Tarix |
|
Tsyan Tsiçen |
aprel 1996-cı il |
|
Li Caosin |
oktyabr 2004-cü il |
|
Yanq Cieçi |
17–19 may 2010-cu il |
|
Van İ |
22–23 may 2019-cu il
|
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisinin Sədrlərinin Çin Xalq Respublikasına səfərləri
|
Milli Məclisin Sədri |
Tarix |
|
Murtuz Ələsgərov |
1 dekabr 1996-cı il |
|
Murtuz Ələsgərov |
2 aprel 2002-ci il |
|
Oqtay Əsədov |
19–23 iyun 2018-ci il |
|
Sahibə Qafarova |
26 mart 2026-cı il
|
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədrlərinin Azərbaycan Respublikasına səfərləri
|
Daimi Komitənin Sədri |
Tarix |
|
Li Pen |
iyun 2000-ci il |
|
Li Canşu |
19–21 sentyabr 2019-cu il
|
Dostluq qrupları
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədovdur.
Ümumçin Xalq Nümayəndələri Yığıncağında Çin–Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Xarici Əlaqələr Komitəsinin sədri Lou Tsincyan (Lou Qinjian) rəhbərlik edir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında müqavilə-hüquq bazası 119 sənəddən ibarətdir.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında iqtisadi əməkdaşlıq ticarət, energetika, nəqliyyat-logistika, rabitə-kommunikasiya və digər sahələri əhatə edir. Hazırda iki ölkə arasında müxtəlif sahələri əhatə edən 50-yə yaxın birgə layihə həyata keçirilir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (mln ABŞ dolları)
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2023 |
3101 |
79 |
3022 |
|
2024 |
3744 |
20 |
3725 |
|
2025 |
4874 |
84 |
4790 |
2024-cü illə müqayisədə 2025-ci ildə Çin Xalq Respublikası ilə ticarət dövriyyəsi 30,16 faiz, o cümlədən idxal 28,58 faiz artmış, ixrac isə 4,28 dəfə artmışdır.
İdxalın artımı əsasən yerüstü nəqliyyat vasitələri və onların hissələri (əsasən minik avtomobilləri), qızıl, paltar və geyim ləvazimatları, habelə digər məhsulların idxalının artması ilə bağlıdır.
İxracın artımı isə əsasən neft koksu, ilkin formada polietilen, mexanizmlər, elektrotexniki avadanlıq və onların hissələri, habelə digər məhsulların ixracının artması hesabına baş vermişdir.
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin ünvanı və əlaqə məlumatları
Ünvan: No. 5 Liangmaqiao Middle Street, Beijing 100600, China
Telefon: (+86 10) 6532 4614; (+86 10) 6532 4698
Faks: (+86 10) 6532 4615
Elektron poçt: mailbox@azerbembassy.org.cn; pekin@mission.mfa.gov.az