
Koreya Xalq Demokratik Respublikası
İkitərəfli münasibətlər haqqında
Koreya Xalq Demokratik Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 30 yanvar 1992-ci ildə qurulub.
Koreya Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Sin Xon Çxol 18 avqust 2023-cü ildə etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edib.
Xarici işlər nazirlərinin səfərləri
Koreya Xalq Demokratik Respublikası Xarici İşlər Nazirinin Azərbaycan Respublikasına səfəri
|
Nazir |
Səfərin mahiyyəti |
Tarix |
|
Ri Yonq Ho |
İşgüzar səfər (Qoşulmama Hərəkatının XVIII Aralıq Nazirlər Konfransında iştirak)
|
5–6 aprel 2018-ci il |
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərmir.
Koreya Xalq Demokratik Respublikası Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinin Azərbaycan Respublikasına səfəri
|
Rəyasət Heyətinin Sədri |
Səfərin mahiyyəti |
Tarix |
|
Çoy Ryon He |
İşgüzar səfər (Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısında iştirak)
|
25–26 oktyabr 2019-cu il |
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında müqavilə-hüquq bazası 1 sənəddən ibarətdir.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2023 |
39,79 |
0,00 |
39,79 |
|
2024 |
0,00 |
0,00 |
0,00 |
|
2025 |
0,00 |
0,00 |
0,00 |
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin ünvanı və əlaqə məlumatları
Ünvan: Qijiayuan Diplomatik İqamətgahı, Villa B-3-3, 100600 Pekin, Çin
Telefon: (+86 10) 6532 4614
Faks: (+86 10) 6532 4615
Rəsmi internet səhifəsi: www.beijing.mfa.gov.az