
Yeni Zelandiya
İkitərəfli münasibətlər haqqında
Azərbaycan Respublikası ilə Yeni Zelandiya arasında diplomatik əlaqələr 29 iyun 1992-ci ildə qurulub. 2022-ci ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub.
Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyi eyni zamanda Yeni Zelandiyada, Yeni Zelandiyanın Türkiyə Respublikasındakı Səfirliyi isə eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunub.
Azərbaycan Respublikasının Yeni Zelandiyada müvəqqəti işlər vəkili Vaqif Cəfərovdur.
17 dekabr 2024-cü ildə Qreq Lyuis Yeni Zelandiyanın Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (iqamətgahı Ankarada) təyin edilib. Səfir hələ etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməyib.
Parlamentlərarası əlaqələr
Yeni Zelandiya Parlamentində Yeni Zelandiya–Azərbaycan parlamentlərarası dostluq qrupu 2016-cı ildə təsis edilib və 8 oktyabr 2016-cı ildən qrupa Todd Muller rəhbərlik edib. 2017-ci ildə seçilmiş 52-ci çağırış Parlamentdən etibarən Yeni Zelandiyada parlamentlərarası dostluq qrupları regional prinsip əsasında formalaşdırılır. Hazırda Azərbaycan Yeni Zelandiya–Avropa dostluq qrupunda təmsil olunur.
Dostluq qrupları
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Asim Mollazadədir (24 april 2024-cü ildə yenidən seçilib).
Müqavilə-hüquq bazası
Hazırda Azərbaycan Respublikası ilə Yeni Zelandiya arasında müqavilə-hüquq bazası mövcud deyil.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2023 |
47 388,12 |
24,15 |
47 353,97 |
|
2024 |
40 752,83 |
65,30 |
40 687,53 |
|
2025 |
44 049,59 |
44,66 |
44 004,93 |
Qeyd: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanıb.
Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin ünvanı və əlaqə məlumatları
Ünvan: 5 Mialli Place, O'Malley, Canberra ACT 2606, Australia
Telefon: (+61 2) 6290 5600
Elektron poçt: canberra@mission.mfa.gov.az