Fələstin Dövləti
Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında ikitərəfli münasibətlər
1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
2013-cü ilin 11 iyun tarixində Fələstin xarici işlər naziri Riyad Əl-Malikinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Fələstin xalqına yardım məqsədi ilə İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılmasına dair Konfransda və Qüds şəhərinin inkişaf etdirilməsi məqsədi ilə sektor planının maliyyələşdirilməsinə dair donor ölkələrinin konfransında iştirak etmək məqsədi ilə Azərbaycana səfər etmişdir. Sözügedən konfransların nəticəsi olaraq, Azərbaycan tərəfi Fələstin Dövlətinə 5 milyon ABŞ dollar məbləğində yardım ayırmışdır.
29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 500 min manat (635 min ABŞ dolları) məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülmüşdür.
23 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Fələstinin Xarici İşlər naziri Riyad Əl-Maliki ilə görüşmüşdür.
4-6 noyabr 2018-ci il tarixlərində Bakıda “Fələstin Dövlətinin Asiya Qitəsindəki Səfirlərinin Konfransı” keçirilmişdir. Tədbirlə əlaqədar Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycana səfər etmişdir.
24-26 oktyabr 2019-cu il tarixlərində Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycana səfər etmişdir.
Müqavilə hüquq bazası
Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Fələstin arasında ticarət dövriyyəsi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2016 |
156.9 |
119.0 |
37.9 |
2017 |
318.3 |
58.1 |
260.2 |
2018 |
207.2 |
|
207.2 |
2019 |
438.19 |
|
438.19 |
2020 |
277.37 |
|
277.37 |