Waving Flag of Japan (Animated Gif)

Yaponiya

 

İkitərəfli münasibətlər haqqında

 

Yaponiya Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 7 sentyabr 1992-ci ildə qurulub.

 

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi 28 yanvar 2000-ci ildə, Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi isə 12 oktyabr 2005-ci ildə fəaliyyətə başlayıb.

 

27 oktyabr 2025-ci ildən Azərbaycan Respublikasının Yaponiyada Fövqəladə və Səlahiyyətli Səfiri Fərid Talıbovdur.

 

7 yanvar 2024-cü ildən Yaponiyanın Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Katsuya Vatanabedir.

 

 

Prezidentlərin səfərləri

 

Azərbaycan Respublikası Prezidentlərinin Yaponiyaya səfərləri

 

Dövlət başçısı

Səfərin mahiyyəti

Tarix

Heydər Əliyev

Rəsmi səfər

24–28 fevral 1998-ci il

İlham Əliyev

Rəsmi səfər

7–10 mart 2006-cı il

 

Baş nazirlərin səfərləri

 

Azərbaycan Respublikası Baş nazirinin Yaponiyaya səfəri

 

Baş nazir

Tarix

Artur Rasizadə

26 yanvar – 1 fevral 1998-ci il

 

 

Xarici işlər nazirlərinin səfərləri

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirlərinin Yaponiyaya səfərləri

 

Nazir

Tarix

Vilayət Quliyev

25 iyun 2001-ci il

Elmar Məmmədyarov

16–21 iyun 2009-cu il

Ceyhun Bayramov

10 iyun 2026-cı il

 

Parlamentlərarası əlaqələr

 

Dostluq qrupları

 

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadədir.

 

Yaponiya Parlamentinin Nümayəndələr Palatasında Yaponiya–Azərbaycan Parlamentlərarası Dostluq Liqasına Kazunori Tanaka rəhbərlik edir.

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan Respublikası ilə Yaponiya arasında müqavilə-hüquq bazası 31 sənəddən ibarətdir.

 

İqtisadi sahədə əməkdaşlıq

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (mln ABŞ dolları)

 

 

     

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2023

304

14

290

2024

428

19

409

2025

360

15

345

 

     

 

Yaponiyaya ixrac olunan əsas məhsullar emal olunmamış alüminium, bentonit gili, spirtli içkilər, meyvə-tərəvəz emalı məhsulları və nərə balığı kürüsüdür.

Yaponiyadan idxal olunan əsas məhsullar yerüstü nəqliyyat vasitələri və onların hissələri, optik, tibbi, fotoqrafik və dəqiq cihazlar, qara metallardan məmulatlar, elektrik avadanlıqları və onların hissələri, habelə digər məhsullardır.

 

Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyinin ünvanı və əlaqə məlumatları

 

Ünvan: 1-19-15 Higashigaoka, Meguro-ku, Tokyo 152-0021, Japan
Telefon: (+81 3) 5486 4744
Rəsmi internet səhifəsi: www.tokyo.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti