Waving Flag of Zimbabwe (Animated Gif)

Zimbabve Respublikası 

 

Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasında kitərəfli münasibətlər

 

2008-ci ilin 24 oktyabr tarixlərində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. 

18-19 yanvar 2019-cu il tarixində Zimbabve Respublikasının Prezidenti cənab Emmerson Mnanqaqva Azərbaycan Respublikasına dövlət səfəri etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşmüşdür.

4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Uqanda Respublikasının Prezidenti cənab Emmerson Mnanqaqva iştirak etmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasında ticarət dövriyyəsi

 (min ABŞ dolları)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2019

0.00

1 383.87

1 383.87

 

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti