Cibuti Respublikası
Azərbaycan və Cibuti arasında ikitərəfli münasibətlər
Azərbaycan və Cibuti arasında diplomatik əlaqələr 22 oktyabr 1996-cı il tarixində qurulmuşdur.
Azərbaycan Respublikasının Efiopiya Demokratik Respublikasındakı Səfirliyi eyni zamanda Cibuti Respublikasında da akkreditə olunmuşdur.
11 yanvar 2017-ci il tarixində Cibuti Respublikasının Milli Assambleyası (Parlament) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul etmişdir.
24-26 oktyabr 2019-cu il tarixlərində Cibuti Respublikasının Prezidenti cənab İsmayıl Ömər Qelle Azərbaycan Respublikasına səfər etmişdir.
24-26 fevral 2017-ci il tarixlərində Cibuti Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri cənab Mahmud Əli Yusuf Azərbaycanda rəsmi səfərdə olmuşdur.
5-6 aprel 2018-ci il tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Aralıq Nazirlər Konfransında Cibuti Respublikasının Xarici İşlər üzrə dövlət naziri cənab Mahmud Əli Yusif iştirak etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Salahzadə Əliabbas Qalib oğludur.
O cümlədən, Cibuti Parlamentində Cibuti- Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri xanım Safia Elmi Cibrildir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.
Diplomatik nümayəndəlik
Ünvan: Kolfe Keranio Subcity, Woreda 9, House N 2467
Addis Ababa, Ethiopia
Tel: +251 113 691 586/58
Fax: +251 113 691 512
E-poçt: addisababa@mission.mfa.gov.az
İnternet səhifəsi: www.addisaba.mfa.gov.az