Waving Flag of Morocco (Animated Gif)

Mərakeş Krallığı

 

 Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında ikitərəfli münasibətlər

 

1991-ci ilin 30 dekabr tarixində Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 1992-ci ilin 28 avqust tarixində Azərbaycanla Mərakeş  arasında diplomatik əlaqələr yaradılmışdır.

2018-ci ilin 5 mart tarixində Mərakeş Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Nasir Bureyta Azərbaycanda rəsmi səfərdə olmuşdur.

24-26 oktyabr 2019-cu il tarixlərində Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlığı  və Xaricdə yaşayan Mərakeşlilər naziri- nümayəndə Mohsen Əl-Jazulinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir. 

2015-ci ilin 22 yanvar tarixində Mərakeşin paytaxtı Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsi nəzdində Azərbaycan dili, sivilzasiyası və mədəniyyəti üzrə tədris proqramının açılışı olmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 23 sənəd imzalanmışdır.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri İsmayılov İmamverdi İbiş oğludur.

Mərakeş Krallığının Parlamentində Mərakeş - Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Mohamed Boudessdir.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan ilə Mərakeş arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İllər

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

55,7

38,5

94,2

2015

4587.13

53.58

4640.71

2016

2838.30

00.00

2838.30

2017

3879,1

2,8

3881,9

2018

4445,7

0,4

4446,1

2019

5098.21

1.57

5099.78

2020

2274.33       

206.51

2480.84

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

28 sentyabr 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiya yaradılmışdır.

 

Diplomatik nümayəndəlik

Ünvan:   50, Uled Said Suisi, Rabat

Şəhər:  Rabat city
Tel:   (00212) 537 75 13 25
Fax:   (00212) 537 75 12 01
E-mail: rabat@mission.mfa.gov.az
Website: www.rabat.mfa.gov.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti