Waving Flag of Benin (Animated Gif)

Benin Respublikası

 

Azərbaycan Respublikası ilə Benin Respublikası arasında ikitərəfli münasibətlər

 

14 oktyabr 1999-cu il tarixində Azərbaycan Respublikası ilə Benin Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

9-17 iyun 2013-cü il tarixlərində AR Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən strateji tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Beninin paytaxtı Kotonuda humanitar aksiya keçirilmişdir.

Benində minlərlə insan pulsuz olaraq göz müayinəsindən keçmiş, görmə qabiliyyətini itirmiş 315 insan isə ödənişsiz əsasda əməliyyat olunmuşdur.

Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi BMT-nin 3-cü Davamlı İnkişaf Məqsədini rəhbər tutaraq 2009-2016-cı illəri əhatə edən kampaniyanın birinci mərhələsi ərzində Benin, Burkina Faso, Çad, Cibuti, Kamerun, Kot D’İvuar, Qvineya, Liviya, Mozambik, Mali və Nigerdə ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilmişdir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti