Waving Flag of Niger (Animated Gif)

Niger

 

Azərbaycan və Niger arasında ikitərəfli münasibətlər

 

1995-ci ilin 10 oktyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və IƏT çərçivəsində mövcuddur.

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Niger Respublikasının Xarici İşlər naziri Kalla Ankuraonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

23 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Niger Respublikasının Xarici İşlər naziri Kalla Ankuraonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

5 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti