Waving Flag of Canada (Animated Gif)

Kanada

 

Azərbaycan Respublikası və Kanada arasında münasibətlər

 

Kanada Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanımışdır. Azərbaycan Respublikası və Kanada arasında diplomatik əlaqələr 1992-ci ilin avqustunda qurulmuşdur. Kanadanın Türkiyə Respublikasındakı Səfirliyi, eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur. Azərbaycanın Kanadada Səfirliyi 2004-cü ilin sentyabrında təsis olunmuşdur. Hazırda Azərbaycan Kanadada müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunur.

 

Kanada ilə 1992-ci ildən qurulmuş münasibətlər iqtisadi, mədəni, tibbi, elmi və digər sahələrdə inkişaf etdirilmişdir. 

 

İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilməmişdir. 

 

İki ölkə arasında iqtisadi sahədə mövcud potensialdan istifadə edərək əlaqələrin bu istiqamətdə genişləndirilməsi imkanları mövcuddur.    
 

 

Dövlət başçılarının səfərləri

 

Dövlət başçıları səviyyəsində səfər həyata keçirilməmişdir. 
 

Parlamentlərarası əlaqələr

 

Azərbaycan Respublikasının Milli Məclisində 2000-ci ildən Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Hazırda qrupun rəhbəri yoxdur. Qrupa 11 üzv daxildir. 

 

2006-cı ilin noyabrında Kanada Parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilmişdir.

 

Qrupun rəhbəri Filip Lourens 2023-cü ilin sentyabrında Azərbaycanın anti-terror əməliyyatlarından sonra oktyabrda qrupun rəhbəri vəzifəsini tərk etmişdir. Bu addıma cavab olaraq, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Tural Gəncəliyev də öz vəzifəsini tərk etmişdir. 
 

Müqavilə-hüquq bazası

 

İki ölkə arasında müxtəlif sahələrdə 5 sənəd imzalanmışdır.
 
İqtisadi sahədə əməkdaşlıq

 

Hazırda Azərbaycanda 80 Kanada investisiyalı kommersiya qurumu qeydiyyatdadır. 

 

2024-cü ildə Azərbaycan və Kanada arasında ticarət dövriyyəsi 163.5 milyon ABŞ dolları təşkil etmişdir (ixracın həcmi 162.4 milyon ABŞ dolları, idxalın həcmi isə 1 milyon ABŞ dolları). 

 

Azərbaycanın ixrac etdiyi məhsullar: xam neft, alüminium, meyvə şirələri və s.


Azərbaycanın idxal etdiyi məhsullar: mineral yanacaq, yağlar, balıq, qəhvə, plastik məmulatlar və s.  

 

Diplomatik Nümayəndəlik

 

Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi

Ünvan: 275 Slater Street, Suite 1203

Ottawa, Ontario K1P 5H9

Canada

İnternet səhifəsi: www.ottawa.mfa.gov.az 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti