No:166/26, Nazir Ceyhun Bayramovun Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşünə dair mətbuat məlumatı

19 aprel 2026 02:19

18 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

 

Görüş zamanı tərəflər Azərbaycan–Türkmənistan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun davamlılığı, qardaşlıq və dostluq münasibətlərinə, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Nazirlər birgə layihələrin, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsinin, həmçinin logistika əlaqələrinin inkişafının əhəmiyyətini qeyd ediblər.

 

Tərəflər, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

 

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri də müzakirə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti