
Çili Respublikası
Azərbaycan və Çili arasında diplomatik əlaqələr 3 noyabr 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Çili Respublikasındakı diplomatik nümayəndəliyi 29 noyabr 2013-cü ildə təsis edilmişdir. Azərbaycanın Argentinadakı səfiri eyni zamanda Çili Respublikasına akkreditə edilmişdir.
Çili Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 2018-ci ilin dekabr ayından fəaliyyət göstərir. 2023-cü ilin 1 iyun tarixindən etibarən Çilinin Ankaradakı səfirinin Çilinin eyni zamanda Bakıdakı səfiri kimi fəaliyyəti dayandırılmış və Cankarlo Alberti Çilinin Bakıdakı diplomatik nümayəndəliyinin rəhbəri, müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilmişdir.
Hazırda Azərbaycan-Çili münasibətləri siyasi, iqtisadi, humanitar, mədəniyyət və digər sahələr üzrə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etməkdədir. Tərəflər arasında parlamentlərarası əlaqələr mövcuddur, dostluq qrupları fəaliyyət göstərir.
Azərbaycan və Çili xarici işlər nazirləri arasında səfərlər 2005 və 2019-cu illərdə həyata keçirilmişdir. 13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Çili Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanmışdır. 2019-cu ilin avqust ayında Santyaqo şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk raundu keçirilmişdir.
Son illərdə iki ölkə rəsmiləri arasında birgə təmaslar, o cümlədən parlament diplomatiyası həyata keçirilmişdir. 11-12 oktyabr 2021-ci ildə Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə əlaqədar Belqradda baş tutan yüksək səviyyəli tədbir çərçivəsində Çili Respublikasının Xarici İşlər Nazirliyinin xarici siyasət məsələləri üzrə baş katibi xanım Qloria Navarete Pinto ilə AR xarici işlər nazirinin müavini F.Rzayev arasında görüş keçirilmişdir. 26-29 iyun 2023-cü ildə Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlər və Yüksək Vəzifəli Şəxslər üçün 7-ci (MINEPS VII) beynəlxalq konfransında Çili Respubikasının idman naziri Xaime Pisarro Errera iştirak etmişdir.
Çili Respublikasında baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına dəstək məqsədilə Nazirlər Kabinetinin 2024-cü il 16 yanvar tarixli 27s nömrəli Sərəncamı ilə həmin ölkəyə maliyyə yardımı olaraq 100 000,0 (yüz min) ABŞ dolları məbləğində yardım göstərilmişdir.
Xarici işlər nazirlərinin səfərləri
Elmar Məmmədyarov - işgüzar səfər, 28-30 aprel, 2005, “Demokratiyaların Birliyi” tədbirində iştirak etmək məqsədilə
Elmar Məmmədyarov - rəsmi səfər, 18-19 mart, 2019
Parlamentlərarası əlaqələr
Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupu 2012-ci ilin oktyabr ayında təsis edilmişdir. 2024-cü ilin 1 sentyabr tarixində Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq qrupun yeni tərkibi hələ formalaşmamışdır.
Çili-Azərbaycan parlamentlərarası dostluq qrupu parlamentin hər iki palatasında təsis edilmişdir.
Çili Milli Konqresinin Senatında dostluq qrupu sonuncu dəfə 18 iyul 2018-ci ildə 2018-2022-ci qanunvericilik müddəti üçün yaradılmışdır. 2021-ci ildə Çilidə keçirilmiş ümumi seçkilərdən sonra Senatda yeni dostluq qrupunun tam tərkibi hələ formalaşdırılmasa da rəhbəri Fransisko Çauan olaraq qalır. Üzvləri:
1. Xuan Antonio Koloma
2. İvan Moreyra
3. Ximena Rinkon
Çili Milli Konqresinin Deputatlar Palatasında dostluq qrupu 2014-cü ilin 14 avqust tarixində təsis edilmişdir. 2022-ci ilin 15 iyun tarixində Çili Milli Konqresinin Deputatlar Palatasında 2022-2026-cı illər üzrə yaradılmış dostluq qrupunun üzvləri aşağıdakılardır:
1. Tomas de Rementeriya - sədr
2. Felipe Kamanyo
3. Kosme Meyado
4. Klaudiya Miks
5. Ruben Oyarso
6. Xorxe Alessandri
7. Xose Migel Kastro
8. Eduardo Duran
9. Raul Leyva
10. Heliya Molina
11. Hayme Mulet
12. Hayme Naranxo
13. Emiliya Nuyado
14. Qael Yeomans
15. Sofiya Sid
16. Xuan İrarrazaval
Müqavilə-hüquq bazası (imzalanmış sənədlərin sayı)
2 sənəd imzalanmışdır
İqtisadi sahədə əməkdaşlıq (əsas istiqamətlər və 2021-2023-cü illər üzrə ticarət dövriyyəsi)
Çilidən Azərbaycan Respublikasına idxalda aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:
Dondurulmuş balıq növləri və balıq məhsulları, konservləşdirilmiş meyvələr, kimyəvi məhsullar və s.
Azərbaycan Respublikasından Çiliyə ixracda aşağıdakı üstünlük təşkil etmişdir:
Xalça, tekstil məhsulları, mexaniki cihazlar və onların hissələri və s.
Ticarət dövriyyəsi (min ABŞ dolları ilə)
|
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
|
2021 |
4 599.78 |
0.26 |
4 600.04 |
|
2022 |
6 781.91 |
0.00 |
6 781.91 |
|
2023 |
1 731.14 |
0.73 |
4 730.41 |