
Argentina Respublikası
Azərbaycan Respublikası və Argentina Respublikası arasında diplomatik əlaqələr 8 noyabr 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfirliyi 1 aprel 2010-cu ildə təsis edilmişdir. Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 2012-ci ildən etibarən fəaliyyət göstərir.
Hazırda Azərbaycan-Argentina münasibətləri siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm, mətbuat və digər sahələr üzrə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etməkdədir. Tərəflər arasında parlamentlərarası əlaqələr inkişaf etməkdədir, dostluq qrupları fəaliyyət göstərir.
Bu günədək iki ölkənin dövlət başçıları səviyyəsində səfərlər baş tutmamışdır. Azərbaycan və Argentinanın xarici işlər nazirləri arasında qarşılıqlı səfərlər 2012 (Azərbaycana) və 2006, 2012 və 2019-cu (Argentinaya) illərdə həyata keçirilmişdir. 2019-cu ilin 29 aprel tarixində Argentina Nümayəndələr Palatasının sədri Emilio Monzo Azərbaycana səfər etmişdir.
Son illərdə Argentina və Azərbaycan rəsmiləri arasında birgə təmaslar, o cümlədən parlament diplomatiyası həyata keçirilmişdir. 2023-cü ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü yubileyi qeyd olunmuşdur.
2018-ci ildə AİDA tərəfindən Argentinanın La Rioxa əyalətində fiziki məhdudiyyətli uşaqlar üçün fəaliyyət göstərən 371 saylı Xüsusi Məktəb lazımi avadanlıqlarla təmin olunmuşdur (məbləği 18 min manat dəyərində). Koronavirusla mübarizəyə dəstəyin verilməsi məqsədilə Qoşulmama Hərəkatına sədrliyimiz çərçivəsində 2021-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Argentinaya 300 min ABŞ dolları məbləğində yardım göstərilmişdir.
Xarici işlər nazirlərinin səfərləri
Hektor Timerman, rəsmi səfər, 2 mart, 2012
Hektor Timerman, rəsmi səfər, 2-4 iyul, 2012
Elmar Məmmədyarov, rəsmi səfər, 6 aprel, 2006
Elmar Məmmədyarov, rəsmi səfər, 26 iyul, 2012
Elmar Məmmədyarov, İşgüzar səfər, 20-21 mart, 2019, “Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransı”nda iştirak etmək məqsədilə
Parlamentlərarası əlaqələr
Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu 13 dekabr 2005-ci ildə təsis edilmişdir. 20 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni tərkibi aşağıdakı kimi formalaşmışdır:
1. Vüqar İskəndərov - qrupun rəhbəri (YAP)
2. Şahin İsmayılov (YAP)
3. Qaya Məmmədov (Bitərəf)
4. Əli Məsimli (Bitərəf)
5. Ramid Namazov (YAP)
6. Samir Vəliyev (YAP)
7. Pərvanə Vəliyeva (YAP)
Argentina Respublikası Milli Konqresinin Senatında və Nümayəndələr Palatasında Argentina-Azərbaycan dostluq qrupları 2012-ci ildə təsis edilmişdir.
15 iyul 2024-cü ildə Argentina Milli Konqresinin Fəxri Senatında Azərbaycanla parlamentlərarası dostluq qrupunun 2024-2025-ci illər üçün tərkibi aşağıdakı kimi təsdiq edilmişdir:
1. Dure, Maria Euxeniya (Dure, Maria Eugenia) - sədr
2. Fama, Flavio Serxio (Fama, Flavio Sergio) - sədr müavini
3. Arraskaeta, İvana Marsela (Arrascaeta, Ivana Marcela)
4. Losada, Karolina (Losada, Carolina)
5. Suarez, Rodolfo Alexandro (Suarez, Rodolfo Alejandro)
15 may 2024-cü ildə Argentina Milli Konqresinin Fəxri Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun 2024-2025-ci illər üçün tərkibi aşağıdakı kimi təsdiq edilmişdir:
1.Bonaçi, Rosio (Bonacci, Rocio) - sədr
2.Kastanyeto Karlos (Castagneto, Carlos)
3.Xulio Kobos (Cobos, Julio)
4.Emiliano Estrada (Estrada, Emiliano)
5.Marsela Marina Paqano (Pagano, Marcela Marina)
Müqavilə-hüquq bazası (imzalanmış sənədlərin sayı)
16 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq (əsas istiqamətlər və 2021-2023-cü illər üzrə ticarət dövriyyəsi)
Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu fəaliyyət göstərir. Qrup 2012-ci ilin iyul ayında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq yaradılmışdır. Hazırda, Azərbaycan tərəfindən işçi qrupunun rəhbəri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevdir. Argentinada keçirilən son seçkilərdən sonra hökumət dəyişikliyi ilə əlaqədar olaraq yeni rəhbər hələ ki təyin olunmayıb.
Qrupun ilk iclası 26 noyabr 2014-cü ildə Buenos Ayresdə keçirilmişdir. Sözügedən iclasın yekunu olaraq iki ölkə arasında sənaye, enerji, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar və ətraf mühit sahələrində əməkdaşlıq məsələlərini əhatə edən Protokol imzalanmışdır. Ticarət əlaqələrinin gücləndirilməsi, aşağı səviyyədə olan ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya təşviqi, əczaçılıq sahəsində əməkdaşlıq, kənd təsərrüfatının müxtəlif sahələri üzrə informasiya və təcrübə mübadiləsi əməkdaşlıq protokolun əsas vurğu etdiyi sahələrdir.
Birbaşa investisiya axınlarının həcmi (1995-2023): Argentinadan Azərbaycana - 4 milyon ABŞ dolları (qeyri-neft sektoru); Azərbaycandan Argentinaya - qeydə alınmamışdır. AR Dövlət Neft Fondunun yatırdığı investisiyaların qalıq həcmi (31.12.2023-cü il tarixinə) 10 milyon ABŞ dolları olmuşdur.
Ticarət dövriyyəsi (min ABŞ dolları ilə)
Argentina Respublikasından Azərbaycana əsas idxal malları:
Soya yağının cecə və tullantıları, əczaçılıq məhsulları, yer fıstığı, balıq və xərçəngkimilər, ət və ət məhsulları, tütün xammalı və digər.
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2021 |
49 655.64 |
11.80 |
49 643.84 |
|
2022 |
71 920.75 |
11 314.19 |
60 606.56 |
|
2023 |
55 749.83 |
0.00 |
55 749.83 |
|
2024 |
71 664.00 |
892.9 |
70 771.1 |
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Argentina Respublikasındakı Səfirliyi
Ünvan: Maure 2151, Capital Federal, Buenos Aires, (C1426CTN) Argentina
İnternet səhifəsi: www.buenosaires.mfa.gov.az