Xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarına başsağlığı məktubu göndərib
01 noyabr 2015 23:17
Xarici işlər naziri Elmar Məmmədyarov çoxsaylı insan itkisinə səbəb olmuş təyyarə qəzası ilə əlaqədar Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayaraq, dərin kədərini ifadə edib və həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.