No:627/23, Xarici işlər naziri Ceyhun Bayramovun Rumıniyaya rəsmi səfərinə dair mətbuat məlumatı
05 noyabr 2023 19:10
5 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rumıniya xarici işlər naziri və digər rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.