No:416/24, Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasına işgüzar səfərinə dair mətbuat məlumatı
17 oktyabr 2024 17:55
17 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 18 oktyabr tarixində İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.
Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.