No:268/23, Xarici işlər naziri Ceyhun Bayramovun İslandiya Respublikasına işgüzar səfərinə dair mətbuat məlumatı

16 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslandiya Respublikasına işgüzar səfəri başlayıb.

 

Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun İslandiya Respublikasının paytaxtı Reykyavik şəhərində keçiriləcək Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirakı, habelə Zirvə Görüşündə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti