No:211/26, Nazir Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığına dair mətbuat məlumatı

13 may 2026 13:00

13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

 

Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.

 

Nazir Abbas Əraqçi danışıqlar prosesi barədə  ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyimizi diqqətə çatdırıb.

 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti