No:201/17, Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zohir Saidovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
21 iyul 2017 00:56
Səfir Zohir Saidov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov səfir Zohir Saidova gələcək fəaliyyətində uğurlar arzu edib.