No:182/17, Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib
06 iyul 2017 02:02
Görüşdə səfir Mekan İşanquliyev etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.
Səfir Mekan İşanquliyev ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Nazir Elmar Məmmədyarov səfir Mekan İşanquliyevə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

