No:181/21, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb
25 may 2021 19:00
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.