No:134/25, Xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərinə dair mətbuat məlumatı
07 aprel 2025 18:03
7 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Abu Dabi şəhərində bir sıra yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulur.