Waving Flag of the Republic of Macedonia (Animated Gif)

Şimali Makedoniya Respublikası

 

Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlər

25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini  tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə ildə qurulmuşdur.

 

10-11 mart 2016-cı il tarixlərində “IV Qlobal Bakı Forumu”nda iştirak etmək məqsədilə Şimali Makedoniyanın Prezidenti Qeorqe İvanov Azərbaycana işgüzar səfər etmişdir.

16 mart 2017-ci il tarixində “V Qlobal Bakı Forumu”nda iştirak etmək məqsədilə Şimali Makedoniyanın Prezidenti Qeorqe İvanov Azərbaycana işgüzar səfər etmişdir.

15-17 mart 2018-ci il tarixlərində Şimali Makedoniyanın Prezidenti cənab Qeorqe İvanov “VI Qlobal Bakı Forumu”nda iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

 

5 dekabr 2000-ci il tarixində Milli Məclisdə Azərbaycan-Makedoniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Hazırda Azərbaycan-Makedoniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Fazil Mustafadır.

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan və Şimali Makedoniya arasında 5 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan ilə Şimali Makedoniya arasında ticarət dövriyyəsi

(mln. ABŞ dolları ilə)

 

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2018

837.42

27.83

865.25

-809.59

2017

963

0.00

963

-963

2016

422.7

6.3

429

-416.4

2015

774.4

0.00

774.4

-774.4

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti