No:474/25, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışına dair mətbuat məlumatı

16 dekabr 2025 16:46

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiya Aləmi” jurnalının 61/2025 saylı növbəti xüsusi buraxılışı nəşr edilib.

 

Jurnalın xüsusi buraxılışı “COP29: Yaşıl Dünya naminə Həmrəylik (COP29: In Solidarity for a Green World)” başlığı altında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) sədrliyinə həsr olunub. 

 

Jurnalda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın COP29 çərçivəsində keçirilmiş tədbirlərdə iştirakı və çıxışları, COP29 ilə bağlı Azərbaycan Respublikası xarici işlər naziri və Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsinin, eləcə də digər rəsmi şəxslərin məqalələri yer alıb.

 

Nəşrdə həmçinin Azərbaycan Respublikasının COP29 sədrliyinin yekunları, ölkəmizin qlobal iqlim diplomatiyasına verdiyi töhfələr, o cümlədən qəbul olunmuş sənədlər və COP29 sədrliyinin fəaliyyət gündəliyi üzrə irəli sürülmüş təşəbbüslər, habelə COP üçlüyü fotmatında fəaliyyəti və COP30 çərçivəsində töhfələri barədə ətraflı məlumat təqdim olunur. 

 

Jurnalla bu keçiddən tanış olmaq mümkündür.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti