No:418/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığına dair məlumatı
17 noyabr 2020 09:18
Bu ilin 16 noyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Nazirlər bölgədəki son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın həyata keçirilməsi, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar xarakterli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
