No:397/25, Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının Milli Müdafiə Universitetinin “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş barədə mətbuat məlumatı
17 oktyabr 2025 14:49
17 oktyabr tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş keçirilib.
Görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Daha sonra, kurs iştirakçılarına Xarici İşlər Nazirliyinin iş prosesi barədə məlumat verilib.
Kursda, ümumilikdə Müdafiə Nazirliyi və digər dövlət qurumlarından, eləcə də qardaş ölkələr - Türkiyə və Pakistandan olan 28 nəfər nümayəndə iştirak edir.