No:207/26, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə Xarici İşlər Nazirliyi heyətinin Fəxri Xiyabana ziyarətinə dair mətbuat məlumatı
10 may 2026 14:39
10 may tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin heyəti Fəxri Xiyabanı ziyarət edib.
Ziyarət zamanı, müstəqil Azərbaycanın qurucusu, dövlətimizin və xalqımızın inkişaf və rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin məzarı qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əbədiyaşar xatirəsi dərin hörmət və ehtiramla yad edilib.