No:193/25, Hindistan və Pakistan arasında əldə olunan atəşkəslə bağlı bəyanat
10 may 2025 19:59
Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.
Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.
Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.