No:154/26, Nazir müavini Elnur Məmmədovun ABŞ Dövlət Departamenti və Ticarət və İnkişaf Agentliyinin nümayəndələri ilə görüşünə dair mətbuat məlumatı

15 aprel 2026 11:56

15 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.

 

Görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib.

 

Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti