P5+1 və İran İslam Respublikası arasında əldə edilmiş razılaşmaya dair Mətbuat Xidmətinin açıqlaması
14 iyul 2015 05:31
Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlaması:
Biz, P5+1 və İran İslam Respublikası arasında hərtərəfli fəaliyyət proqramı əsasında danışıqlar yolu ilə nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayırıq.
Bu razılaşmanın beynəlxalq və regional səviyyədə sülh, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə inanırıq.