No:373/26, 27 sentyabr - Anım Günü münasibətilə Xarici İşlər Nazirliyinin rəhbər heyətinin Zəfər parkına ziyarətinə dair mətbuat məlumatı

27 sentyabr 2026 15:39

Bu gün, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbər heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.

Abidənin önünə gül dəstələri qoyulub, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti