No:241/26, Nazir Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığına dair mətbuat məlumatı
04 iyun 2026 19:04
4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri, habelə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Seyid Abbas Əraqçi İran ətrafında aparılan danışıqlar prosesi və son vəziyyətlə bağlı ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov regional sabitliyin qorunması baxımından diplomatik səylərin əhəmiyyətini vurğulayıb.
Tərəflər, həmçinin ikitərəfli və regional gündəlikdə duran digər məsələlər və son proseslər ətrafında müzakirələr aparıblar.