No:021/26, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyi arasında siyasi məsləhətləşmələrin dördüncü raunduna dair mətbuat məlumatı

26 yanvar 2026 21:25

26 yanvar 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyi arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib.
 
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Mərakeş Krallığı tərəfindən isə Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru Ömər Kadiri rəhbərlik edib.
 
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, turizm, təhsil, idman və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
 
Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın vəziyyəti ilə bağlı məmnunluq ifadə edilib və bu təcrübənin davam etdirilməsinin zəruriliyi qeyd olunub.
 
Qarşı tərəfə regionumuzdakı son inkişaflar, sülh gündəliyi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri barədə məlumat verilib.
 
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti