2019-10-24
No:342/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Afrika İttifaqı Komissiyasının Siyasi məsələlər üzrə Komissarını qəbul etdi
Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Afrika İttifaqının Siyasi məsələlər üzrə Komissarı Sessuma Minata Samateni qəbul etdi.

Qonağı salamlayan nazir Elmar Məmmədyarov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri barədə məlumat verərək ölkəmizin Afrika İttifaqı ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.

Öz növbəsində, Azərbaycanda olmasından məmnunluğunu bildirən S.M.Samate ölkəmizdə iqtisadi sahədə yüksək inkişafı müşahidə etdiyini diqqətə çatdırdı. Eyni zamanda, o, Afrika İttifaqının bir sıra sahələrdə, ələxüsus ictimai xidmətlər sektorunda ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğuladı.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər