2019-10-23
No:334/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə görüşüb
Görüş zamanı Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olundu.

Əfqanıstan rəsmisi ölkəsində cərəyan edən son proseslər haqqında məlumat verdi. Bu xüsusda, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsaslarda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

Tərəflər regionda həyata keçirilən Lapis-Lazuli və TAPİ kimi irimiqyaslı nəqliyyat və enerji dəhlizləri layihələrinə toxunaraq, sözügedən təşəbbüslərin regional əməkdaşlığa xidmət etdiyini vurğuladılar.

Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər