2019-10-23
No:332/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreaza Monserratı qəbul edib
Nazirlər Azərbaycan və Venesuela arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi apardılar. 
Nazir X. Monserrat Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. O, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə təşkilatın təməl prinsiplərini təbliğ edəcəyi, qlobal və regional sülh və əmin-amanlığa xidmət edəcəyindən əminliyi bildirərək, ölkəmizə uğurlar diləyib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın həm BMT, həm digər beynəlxalq təşkilatlar çərşivəsində, o cümlədən sədrlik edəcək QH-də də həmişə əməkdaşlıq və inkişafa xidmət edən təşəbbüslərin təşviqinə çalışdığını vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

Görüşün sonunda Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri cənab Xorxe Arreaza Monserratı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.

növbəti xəbər əvvəlki xəbər