2019-09-27
No:300/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun Qrup 77 (G77) Xarici İşlər Nazirlərinin 43-cü illik iclasında bəyanatı

Qeyri-rəsmi tərcümə

 

27 sentyabr 2019

 

Hörmətli Nazirlər!

Zati-aliləri,

Xanımlar və cənablar!

Bu, Azərbaycan Respublikası üçün tarixi bir gündür. Sizin dəyərli dəstəyiniz və etimadınızla biz, ümumdünya iqtisadi və sosial inkişaf məsələsini irəli aparmaq məqsədi ilə bir araya gələn, BMT-dən sonra dünyanın ən böyük dövlətlər ittifaqının bir hissəsi olduq.

Qrup 77-nin bütün üzvlərinə dəyərli dəstəyə görə təşəkkür edirəm. Qrupa qəbul olmaq sorğumuz ilə mükəmməl şəkildə məşğul olduğu üçün Fələstin Dövlətinə xüsusi minnətdarlığımı bildirirəm.

Qloballaşma prosesləri və iqtisadiyyatlar arasındakı qarşılıqlı asılılığın dərinləşməsi şəraitində, Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi Birləşmiş Millətlər Təşkilatının hədəfləri və 2030 Dayanıqlı İnkişaf Gündəliyinin əsas komponentlərindən biri olan, həm inkişaf strategiyası, həm də inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirak etməsini təmin edən vasitə kimi vacib məsələyə çevrildi.

Azərbaycan, Qrup 77-nin iqtisadi əməkdaşlığın təşviqi yolu ilə davamlı inkişafın təmin edilməsi nəcib missiyasına fəal töhfə verməyə hazırdır.

Yəqin bilirsiniz ki, Azərbaycan Respublikası 2019-cu ilin 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatının Zirvə görüşünə ev sahibliyi edəcək və qarşıdan gələn 3 il ərzində Hərəkata sədrliyi üzərinə götürəcək. Sədrliyimizin prioritetlərindən biri BMT-nin ən böyük iki ölkələr qrupu arasında daha yaxşı qarşılıqlı fəaliyyəti qurmaq məqsədilə, Qoşulmama Hərəkatı - G77 əlaqələndirmə mexanizminin, yəni Birgə Əlaqələndirmə Komitəsinin canlandırılması olacaq.

Bir daha bütün G-77 üzv dövlətlərinə dəyərli dəstəklərinə görə təşəkkür edirəm və sizin hamınızla işləməyi səbrsizliklə gözləyirəm.

Təşəkkür edirəm!

növbəti xəbər əvvəlki xəbər