2019-09-27
No:293/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb

Görüş zamanı tərəflər bölgədəki təhlükəsizlik vəziyyəti ətrafında ətraflı fikir mübadiləsi apardılar.

Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki ölkənin Xarici İşlər nazirlərinin ən son görüşü haqqında R.Maleyə məlumat verdi. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı, beynəlxalq təşkilatların, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində həllinin, hərbi işğal amilinin aradan qaldırılmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğulandı.

növbəti xəbər əvvəlki xəbər