2019-09-24
No:270/19, Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı mübarizə Komitəsinin İcraçı Direktoru ilə görüşdü

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin İcraçı Direktoru xanım Mişel Koninks ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi apardılar.

Komitənin nümayəndə heyətinin ötən il Azərbaycana etdiyi səfərindən bəhs edən iraçı direktor, terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir etdi və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğuladı.

Nazir Elmar Məmmədyarov ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olan terrorizmin bütün formalarını qətiyyətlə pislədiyini bildirərək, bu bəla ilə mübarizədə bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd etdi.

 

növbəti xəbər əvvəlki xəbər