2019-08-19
No:226/19, AR XIN Mətbuat Xidməti İdarəsinin məlumatı

Avqustun 19-da Azərbaycan və Gürcüstan Respublikasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirildi.

Tərəflər delimitasiya prosesinin gedişatını muzakirə etdi və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə etdilər. Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış kecirilməsi planlaşdırıldı. 19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.

növbəti xəbər əvvəlki xəbər