2019-05-21
No:145/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiyanın Azərbaycana yeni təyin olunan səfirini qəbul etdi

Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Luis Antonio Dimate Kardenası qəbul etdi.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və insanlararası təmasların artırılması məqsədilə tələbə-müəllim mübadiləsinin vacibliyi vurğulandı.

Səfir Luis Antonio Dimate Kardenas ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Luis Antonio Dimate Kardenasa diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Səfir Luis Antonio Dimate Kardenas etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

növbəti xəbər əvvəlki xəbər